Modern.az

İran səfirliyi soydaşlarımızın iddialarını təkzib etdi

İran səfirliyi soydaşlarımızın iddialarını təkzib etdi

10 İyul 2013, 15:26


İrana getmək istəyən bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə səfərini təxirə salıb.  Daha çox müalicə almaq üçün bu ölkəyə üz tutan soydaşlarımız İrana getmək istəsələr də sərhəd keçid məntəqələrində problemlə üzləşdiklərini bildirirlər.

Sakinlərin sözlərinə görə, Ramazan ayının başlaması ilə əlaqədar İran tərəfi Azərbaycanla gediş-gəlişə müəyyən məhdudiyyətlər qoyub.

Məlumatı dəqiqləşdirmək üçün İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidməti məlumatı təkzib etdi.

“İran İslam Respublikası Azərbaycan vətəndaşlarına belə bir məhdudiyyət qoymayıb, gediş-gəliş əvvəlki qaydada tətbiq edilir.Hər hansı problem yoxdur”-deyə səfirlikdən Modern.az-a açıqlama verilib.

Anar RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...