Bu gün ölkə mətbuatında yayılan xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Argentina Respublikasından aldığı xüsusi təlim atları Almaniya gömrüyü tərəfindən ölkəmizə buraxılmır. Bununla bağlı Modern.az Dövlət Sərhəd Xidmətinə müraciət edib. Adını açıqlamaqdan imtina edən Dövlət Sərhəd Xidmətinin nümayəndəsi onlarda bu barədə heç bir məlumatın olmadığını bildirib. “Dövlət Sərhəd Xidmətində bu barədə heç bir məlumat yoxdur”.
Vüqar İsmayılov