Modern.az

Qarabağda 8 peşə məktəbi TİKİLƏCƏK

Qarabağda 8 peşə məktəbi TİKİLƏCƏK

7 İyun 2023, 12:32

“Qarabağda 8 peşə təhsili müəssisəsi tikilib istifadəyə veriləcək. Artıq Füzulidə peşə məktəbinin bünövrəsi qoyulub. Həmin peşə məktəbinin texniki detalları hazırlanıb və yaxın vaxtlarda tikintisinə başlanılacaq. Gözləyirik ki, 2025-ci ildə təhvil verilsin”.

 

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

 

Onun sözlərinə görə, Qarabağ və digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində gələn ildən etibarən alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək