Modern.az

Cəlilabad və Lənkəranda yeni peşə təhsili mərkəzləri açılacaq

Cəlilabad və Lənkəranda yeni peşə təhsili mərkəzləri açılacaq

7 İyun 2023, 12:46

Bu il Cəlilabad və Lənkəranda yeni peşə təhsili mərkəzləri açılacaq.

 

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

 

Onun sözlərinə görə, həmin mərkəzdə kənd təsərrüfatı, meyvə sənayesi sahələri tədris ediləcək: "Mərkəzdə ilk dəfə heyvandarlıq ixtisası da tədris olunacaq. Bu məqsədlə mərkəzin ərazisinin yaxınlığında müasir ferma da tikilib. Tələbələr orada heyvanların saxlanılması, onlara göstərilən xidmətlərlə yaxından tanış ola biləcəklər. Mərkəzdə həmçinin əkinçilik və bitkiçilik ixtisasları da tədris olunacağından yaxınlıqda əkin sahəsi də var".

 

C.Kərəmov bildirib ki, ilin sonuna Lənkəranda da peşə təhsil mərkəzi açılacaq: "Burada həm kənd təsərrüfatı, həm də turizm və hotelçilik sahələri tədris olunacaq. Mərkəzin özünün hoteli olacaq. Qubada peşə təhsili mərkəzinin inşası isə 2025-ci ilin sonuna planlaşdırılır. Qaxda peşə mərkəzinin yenidən qurulması, Tovuzda və digər rayonlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq