Modern.az

Bu il peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq

Bu il peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq

7 İyun 2023, 13:18

"Bu il peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq".

 

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib.

 

O bildirib ki, bunlardan 2-si yüksək texniki peşə, 4-ü isə texniki peşə üzrədir:

 

"Yüksək texniki peşə sahəsi üzrə yeni ixtisaslar - Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, texniki peşə üzrə yeni ixtisaslar (1 illik) isə Rabitə quraşdırıcısı-kabelçi - Rabitə və İT üzrə BDPTM, Kombi və kondisioner ustası - (Cəlilabad), Planer və mühərrik üzrə mexanik (Aviasiya və Avtomobil Nəqliyyatı) və Unüyütmə istehsalının aparatçısıdır".

 

Ceyhun Kərəmov həmçinin deyib ki, peşə təhsili müəssisələrində çalışan müəllim və təlim ustalarının rifahının yaxşılaşdırılması üçün təkliflər hazırlanır:

 

"Bu təklif həm Elm və Təhsil Nazirliyinə, həm də digər aidiyyəti qurumlara təqdim olunacaq. Hesab edirəm ki, bu sahədə çalışan şəxslərin əməkhaqlarının artırılması labüddür. Həmçinin ümumtəhsil məktəbləri ilə müqayisədə burada çalışan pedaqoji heyət də azdır. Ona görə onların əməkhaqlarının artırılmasının elə də böyük maliyyə yükü yaratmayacağını düşünürəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir