Modern.az

Türkiyəli məktəblilər Azərbaycana gəliblər

Türkiyəli məktəblilər Azərbaycana gəliblər

Təhsil

7 İyun 2023, 17:56

Türkiyənin Ankara şəhərinin ümumtəhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə şagirdlər arasında keçirilmiş rəsm və inşa müsabiqəsinin qalibləri, müəllimlər və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin əməkdaşları daxildir.

 

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət edilib.

 

Nümayəndə heyəti, həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbini ziyarət edib. Məktəbdə qonaqlar üçün musiqili proqram təşkil olunub.

 

İyunun 10-dək davam edəcək səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, Hərbi Qənimətlər Parkını və Heydər Əliyev Mərkəzini ziyarət edəcək, habelə Şuşa şəhərinə gedəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!