Modern.az

Azərbaycanda 71 yaşlı ağbirçək qarı çayda çimərkən boğulub - HADİSƏ

Azərbaycanda 71 yaşlı ağbirçək qarı çayda çimərkən boğulub - HADİSƏ

11 İyul 2013, 10:35

Azərbaycanda 71 yaşlı ağbirçək qadın kanalda çimərkən batıb. Fövqəladə Hallar Nazirliyindən verilən  məlumata görə, qurumun  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1942-ci il təvəllüdlü Xədicə Dövlətnəzər qızı Fəttahovanın Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilmiş və axtarışlara başlayıblar. Hələlik axtarışlar nəticə verməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...