Modern.az

Bakıda 27 minə yaxın şagird məktəblə vidalaşacaq

Bakıda 27 minə yaxın şagird məktəblə vidalaşacaq

8 İyun 2023, 15:37

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.

 

BŞTİ-dən Modern.az-a bildirilib ki, həmçinin paytaxtda 45 108 nəfər I sinfi başa vurur.

 

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alır.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 410 müəllim fəaliyyət göstərir.

 

2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 902 uşaq cəlb olunub.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir