Modern.az

Azərbaycan Ordusunun əsgəri yaralandı

Azərbaycan Ordusunun əsgəri yaralandı

11 İyul 2013, 12:52

Azərbaycan Ordusunun əsgəri güllə yarası alıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şəmsəddin Arzu oğlu İsgəndərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məlumata görə, əsgər tabeliyindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində qarın nahiyəsindən xəsarət alıb. Hazırda onun vəziyyəti kafidir.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma gedir.  

Qeyd edək ki, Ş. İsgəndərov Bərdə rayonundan hərbi xidmətə çağırılıb. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım