Modern.az

Sabahdan hava dəyişəcək: yağış yağacaq

Sabahdan hava dəyişəcək: yağış yağacaq

11 İyul 2013, 14:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,

Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz
İyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım