Modern.az

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı kəskin ARTIRILIB

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı kəskin ARTIRILIB

9 İyun 2023, 12:50

Son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faiz artıb.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib.

 

Onun sözlərinə görə, 2022-2023-cü illərdə tələbə qəbulunda 8,3 faiz, dövlət sifarişi üzrə 8,9 faiz artım olub. 

 

"Ən çox artım texniki və texnoloji ixtisaslar üzrə olub və 14,3 faiz təşkil edib. Təhsil ixtisas qrupunda 3 faiz, tibb təhsilində isə 12,4 faiz olub. Eynilə dövlət sifarişli yerlərdə də bu artım müşahidə edilir", - nazirlik rəsmisi deyib.

 

Y.Piriyev bildirib ki, növbəti tədris ilində 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq:

 

"Növbəti tədris ilində tələbə qəbulunun proqnozu 16,7 faiz, dövlət sifarişli yerlər isə 42,2 faiz artacaq. Magistraturada İT ixtisası üzrə qəbul proqnozu 7,4 faiz, dövlət sifarişi isə 54,6 faiz artacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir