Modern.az

110 mindən çox uşaq I siniflərə yerləşdirilib

110 mindən çox uşaq I siniflərə yerləşdirilib

9 İyun 2023, 14:06

Bu günədək 2023-2024-cü tədris ili üzrə 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə olmadan I siniflərə yerləşdirilib.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onların 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa I sinfə qəbul olunanlardır.

 

Qeyd edək ki, növbəti tədris ilində 130 mindən çox uşağın I sinfə qəbulu proqnozlaşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?