Modern.az

5 universitetin akkreditasiya müddəti uzadıldı

5 universitetin akkreditasiya müddəti uzadıldı

Təhsil

9 İyun 2023, 14:38

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhillər təqdim edilib.

 

Müzakirənin yekununda baş tutmuş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsinin "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı