Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində isə əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, əlillərin peşə hazırlığının təşkili üçün münasib şərait yaradılır. El arasında “Qocalar evi” kimi tanınan Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda da əsaslı təmir işləri davam etdirilməklə, həmçinin pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur. Cari ildə inşaat işlərinin başa çatdırılması nəzərdə tutulur. Əsaslı təmir və yeni korpusun istifadəyə verilməsindən sonra Pansionatda 300 nəfərə xidmət göstəriləcək.