Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” və "Qarabağ" klubları azarkeşləri sevindirib.
Komandamızın rəqibi Finlandiya təmsilçisi “Mariehamn” idi. İnter Bakıda keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Xoşbəxtlikdən komandamız çətin səfər oyununda vəzifəsinin öhdəsindən layiqincə gələ bilib və rəqibi 2:0 hesabı ilə məğlub edib. Nəticədə "İnter" adını ikinci təsnifat mərhələsinə yazdırıb.
***
Ağdamın "Qarabağ" klubu doğma meydanda "Metallurq"la üz-üzə gəlib.
Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisini bu görüşdə istənilən heç-heçə də qane edəcəkdi. Lakin bu görüşdə də rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlib.
Modern.az