Modern.az

Mehriban Ələkbərzadə MKM-i niyə boykot etdiyini açıqladı

Mehriban Ələkbərzadə MKM-i niyə boykot etdiyini açıqladı

12 İyul 2013, 12:31

“Nigar Köçərli mənə təqdim olunan kitabları oxumamağımın səbəbini təbii ki, bilmədi. Çünki qəfil hadisə baş verdi”. Bunu Modern.az-a açıqlamasında MKM-in mwnsifl’rind’n biri olan rejissor Mehriban Ələkbərzadə deyib. “Budəfəki dəyərləndirmədə iştirak etməmişəm. Mənim şəxsi və çox ciddi problemlərim oldu. Müzakirədə iştirak edə bilmədim. Qüsura baxmayın. Sizə cavab verə bilmədim. Orda iştirak edə bilmədim. Tamamilə evdəki problemlərlə məşğul idim. Çətin durumda idim. Ona görə heç nəyə qatılmadım”. M. Ələkbərzadə vurğulayıb ki, Kipr səfərindən dönəndən sonra MKM “10-luğ”undakı kitabları oxumağı nəzərdə tutub. “Ondan sonra anam əməliyyata düşdü. iki dəfə əməliyyat keçirdi. Bir əməliyyat da gözlənilir. Bir sözlə, başım çox qarışdı. İndiyə kimi də hələ tam sərbəst, boş deyiləm. Problemlərim var. Artıq bu MKM-ə qarışmadım”.

Xatırladaq ki, iyun ayının 5-də MKM-nın qalibləri müəyyən olunub. Bundan sonra təsisçilər münsiflərin “10-luq”dakı əsərlərə verdiyi ballar açıqlanıb. Münsiflərdən yalnız bir nəfər – rejissor Mehriban Ələkbərzadə “10-luq”dakı əsərlərə heç bir münasibət bildirməyib. Onun MKM-ə etinasızlığı bir sıra yazarlarda ciddi etirazlar doğurub. Hətta münsif kimi M. Ələkbərzadənin MKM-dən uzaqlaşdırılması fikri də səsləndirilib. 
MKM-in təsisçisi Nigar Köçərli isə bu fikri ifrat hesab edərək Modern.az-a bildirib: “Mehriban Ələkbərzadənin ona təqdim olunan kitabları oxumamasının üzrlü səbəbləri ola bilər. Təbii ki, onun kitabları oxumaması məni narahat etdi. Əsərləri ona təqdim edəndən sonra Mehriban xanıma nə qədər zəng vursam da, onunla əlaqə qura bilmədim. Mehriban xanım çox məsuliyyətli insandır. Onun üzrsüz səbəbdən münsif kimi işini icra etməməsinin üzrlü səbəbləri ola bilər”   Namidə BİNGÖL    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...