"Gəzi Parkı" hadisələri ilə bağlı olaraq Türkiyədə məsuliyyətə cəlb olunanların sayı günbəgün artır. Modern.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata əsasən mərkəzi İzmir olmaqla Balıkesir, Bursa və Manisada əməliyyatlar keçirib. Tədbirlər zamanı 16 ünvana basqın edilib. İzmir Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə şöbəsi tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticədə Gəzi hadisələrində dövlət obyektlərinə və fiziki şəxslərin mülklərinə zərər verdikləri üçün 15 nəfər şübhəli saxlanılıb. Saxlanılan şəxslərin həmçinin terror təşkilatının üzvləri olması ilə bağlı şübhələr də var.
Xatırladaq ki, bundan öncəki tədbirlər nəticəsində 3 əməliyyat həyata keçirilib. 42 nəfər şübhəli saxlanılıb, onlardan 37-si məsuliyyətə cəlb edilərək həbs edilib.
Elçin Murad