
Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək ilk oyunların yeri dəyişdirilib. İyunun 18-də Bakıda 2 qarşılaşma olduğuna görə bu maçlardan biri ilə bağlı yeni qərar verilib. Belə ki, həmin gün “İnter” Norveç “Tromses”ini , “Qarabağ” Polşa ”Pyast”inı qəbul etməli idi. Üstəlik, bundan iki gün sonra “Neftçinin” 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu ilə oyunu vardı.
UEFA Bakı stadionlarını nəzərə alaraq “İnter” komandasının ilk maçının məkanını dəyişib. “İnter” ilk oyununu Bakıda deyil, Norveçdə keçirəcək.
Abbas Qəmli