Modern.az

Xocalı qurbanları Bosniya və Herseqovinada anılıb

Xocalı qurbanları Bosniya və Herseqovinada anılıb

12 İyul 2013, 15:40

Dünən Srenrenitsa qurbanlarını anmaq üçün Bosniya və Herseqovinanın müxtəlif yerlərindən minlərlə insan Srebrenitsaya axın edib. Bosniyadakı müharibə zamanı itkin düşmüş bir qrupun yaxın zamanda tapılan nəşləri də bugünkü anım günündə digər qurbanların yanında dəfn edilib.

“Srebrenitsa Anaları” ictimai birliyinin sədri və “Xocalıya Ədalət” kampaniyasının yaxın dostu Munira Subaşiçin itkin düşmüş oğlu da dəfn olunanlar arasındadır.

“Xocalıya Ədalət” Kampaniyasının Bosniyadakı fəallarından olan bir qrup Bosnia-Azərbaycan Cəmiyyətinin sədri, Cavad Şahmanın başçılığı ilə  Srebrenitsaya olan yürüyüşdə iştirak edib və qurbanları anmaq üçün kampaniya adından şəhidlərin abidəsi üzərinə əklil qoyulub.

Qeyd edək ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən “Xocalıdan Srebrenisaya: Soyqırım və etnik təmizləmənin qarşısının alınması” adlı beynəlxalq Simpozium öz işini başa vurub. “Xocalıya Ədalət” Beynəlxalq Təblğat və Məlumatlandırma Kampaniyası çərçivəsində, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMISCO tərəfindən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və TİKA-nın dəstəyi ilə təşkil edilən Simpoziumda Avropanın 15-dən artıq ölkəsini təmsil edən nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bosniya ictimayyəti və burada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edib. Simpoziumun yekun sənədi olaraq tədbir iştirakçıları yekun bəyannamə qəbul edib. Sənəddə Xocalı və Srebrenitsa qurbanlarının xatirəsi ehtiramla yad edilib və tədbir iştirakçıları 90-cı illərin əvvəllərində haqsız müharibə ilə üzləşmiş Azərbaycan və Bosniya xalqları ilə həmrəy olduqlarını bildiriblər. Sənəd həmçinin soyqırım törədənlərin cəzasız qalmasının faciəvi sonuclar doğurduğunu, cəzasızlıq presedentinin sonrakı faciələrə yol açdığını vurğulayıb. Bu baxımdan yekun bəyannamədə 1992-ci ildə baş vermiş Xocalı soyqırımını törədənlərin hələ də azadlıqda olmasından və hətta yüksək vəzifələr tutmalarından ciddi narahatlıq  ifadə edilib. Sənəd Xocalıda törədilənləri soyqırım kimi qiymətləndirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım