Modern.az

YAP-dan çıxarılan eks-partiya üzvünə Vergilər Nazirliyində vəzifə verildi

YAP-dan çıxarılan eks-partiya üzvünə Vergilər Nazirliyində vəzifə verildi

12 İyul 2013, 15:48

İyulun 11-də hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsindən kənarlaşdırılan Nəbi Xəlilova Vergilər Nazirliyində yeni vəzifə verilib. Modern.az saytının bu barədə əldə etdiyi məlumatı Nəbi Xəlilov özü də təsdiqləyib. O, bildirib ki, Vergilər Nazirliyində yaxşı iş təklifi alıb və bunu dəyərkləndirib.

“Yaxşı vəzifə təklif edildi. Mən də bu təklifi qəbul etdim. İndi yeni vəzifəmdə işləyirəm” - deyə Nəbi Xəlilov bildirib.

Modern.az saytına daxil olan məlumata görə, Nəbi Xəlilovun YAP-dan çıxarılması bu ayın əvvəlində rəsmiləşdirilib, sadəcə bu, dünənki konfransda elan olunub.

Çünki Vergilər Nazirliyindən saytımıza bildirildi ki, N.Xəlilov iyulun 1-dən yeni nazirlikdəki vəzifəsinin icrasına başlayıb. Nəbi Xəlilov Bakı şəhər Vergilər Departamentinin xidmət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Yeri gəlmişkən, Nəbi Xəlilov təkcə YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsindən deyil, həm də ümumiyyətlə partiya sıralarından çıxıb. Qanunvericiliyə görə Vergilər Nazirliyində xidmət dövlət qulluğunun xüsusi forması olduğu üçün bu nazirlikdə qulluqkeçmə dövründə heç bir partiyanın üzvü olmağa yol verilmir. Bu səbəbdən də N.Xəlilov öz ərizəsi ilə YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsindən, eyni zamanda partiya sıralarından çıxıb.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım