Modern.az

Məmmədyarov erməni nazirlə görüşüb

Məmmədyarov erməni nazirlə görüşüb

13 İyul 2013, 14:30


Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov erməni həmkarı Eduvard Nalbandyanla görüşüb. Modern.az-ın məlumatına görə, nazirlərin görüşü ötən gün Avstriyanın paytaxtı Vyanada baş tutub.

XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak ediblər.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr aparılıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım