Bir müddət öncə “Qəbələ” futbol klubunun 400 min avro dəyərində olan braziliyalı futbolçu alacağı bildirilmişdi Hətta futbolçunun Leonarda da Silva Souza olduğu da deyilirdi.
“Qəbələ” klubundan Modern.az-a verilən məlumata görə, komandaya yeni transferlər gözlənilir, lakin 400 min avro dəyərində futbolçu transfer edilməsi xəbəri yalandır. Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi Leonardo Donetsk “Metallurq”unda top qovur. Leonardo 2012/13 mövsümünün ilk yarısında Yunanıstanın “Enosis” (11 oyun, 5 qol) çıxış edib. Yanvarda “Metallurq”a transfer olunan braziliyalı 9 oyunda 1 qola imza atıb. Onu da qeyd edək ki, “Qəbələ” mövsümlərarası fasilədə “Metallurq”dan artıq bir futbolçunu transfer edib. Bu, hollandiyalı yarımmüdafiəçi Lorenso Ebesiliodur. Abbas Qəmli