Modern.az

İsa Qəmbər hirsləndi: “Əxlaqsız açıqlamalara son qoyulmalıdır”

İsa Qəmbər hirsləndi: “Əxlaqsız açıqlamalara son qoyulmalıdır”

13 İyul 2013, 12:45

Müsavat Partiyasının qərargahında partiya məclisinin növbəti toplantısı keçirilir. Modern.az musavat.com-a istinadən xəbər verir ki, toplantıda çıxış edən Müsavat başqanı İsa Qəmbər hakimiyyəti Azərbaycanda qanunları sərtləşdirərək insanların hüquq və azadlıqlarını əllərindən almaqda ittiham edib, hakimiyyəti seçki yolu ilə dəyişməyin vaxtının çatdığını bildirib.

Müsavat başqanı deyib ki, hakimiyyət seçkidə uduzacaq: “Seçki ilə bağlı bütün proseslər qaydasındadır. Partiya tərəfindən mənim namizədliyim irəli sürülüb. Seçki qərargahı yaradılıb, seçki işinin təşkili yüksək səviyyədə aparılır. Bu gün Milli Şura mövcuddursa buna səbəb Müsavat Partiyasının dəstəyidir. MŞ-in bəyannaməsi qəbul edilərkən biz Müsavat olaraq bildirdik ki, bəyannamədə MŞ-in hədəfləri açıq-aşkar göstərilməlidir. MŞ-in tərkibi ilə bağlı fərqli yanaşmalar var idi. Burada biz həmkarlarımız və müttəfiqlərimizin mövqeyini nəzərə alaraq böyük bir birliyin yaradılmasına razılıq verdik. Amma, bundan əvvəl biz Milli Şurada real müxalifətin təmsil olunmasını istəyirdik. Birliyin üstünlükləri olduğu kimi, çətinlikləri də var. Ölkədə rejimin dəyişməsi üçün cəmiyyətin tələb etdiyi böyük birlik ideyasına dəstək verdik. Biz Milli Şuranın vahid namizdi olan Rüstəm İbrahimbəyovun dəstəklənməsini açıq şəkildə bəyan etmişik. İndi vahid namizədin qeydə alınmaması baş verə bilər və real müxalifət seçkidən kənarda qala bilər. Boykota meylli qüvvələr isə hələ də mövcuddur. Seçki üçün demokratik mühit lazımdır və bu bizim fəaliyyətimizdən, seçki kampaniyamızdan keçir. İndi bəzi qüvvələr açıq şəkildə təbliğat apararaq bildirdilər ki, guya Müsavat Partiyası MŞ namizədinin qeydə alınmamağı üçün çalışır. Seçkiyə getmədən cəmiyyətin fəallığına nail olmaq olmaz. Bizim üçün həlledici məqam vahid namizədin qeydə alımasıdır”.  

İsa Qəmbər bildirib ki, Rüstəm İbrahimbəyovun namizdəliyinin qeydə alınması üçün Müsavat Partiyası əlindən gələni edəcək: “Hər kəs məsuliyyətini bilməlidir. Partiya ilə bağlı səsləndirilən əxlaqsız açıqlamalara son qoyulmalıdır”.
İ.Qəmbər deyib ki, Müsavat Partiyası R.İbrahimbəyov üçün tələb olunan 40 min imzanı təkbaşına toplaya bilər.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım