“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının yaradılmasının bir illiyi ilə bağlı “Bakının Birİncisi-2013” “Nə? Harada? Nə Zaman?” gənclərarası intellektual yarışmasına start verilib. Modern.az-ın məlumatına görə, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov çıxış edərək yarışma iştirakçılarını salamlayıb. O, bu cür tədbirlərin keçiriləsində dövlətin rolunu yüksək qiymətləndirib, eyni zamanda bu yarışmanın bu cür təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, seçmə turlarda semçilmiş 150 nəfər intellektual gənc 25 komandada birləşərərk oyuna qatılıb. Turnirin aparıcısı “Çto Qde? Koqda?” oyununun nüfuzlu “Büllur Bayquş” mükafatının sahibi Andrey Supromoviş təyin olunub. Yarışmanın Appelyasiya üzrə münsiflər heyyətinə Moskva Elitar Klububunun”ulduzu” Anastasiya Şutova rəhbərlik edir.Yarışma çərçivəsində ən yaxşı 16 komanada üçün breyn-rinq keçirilib. Breyn-rinqi “Büllur Bayquş ”mükafatı almış Rövşən Ələsgərov aparıb. Yarışmada səsləndirilmiş altmış sualdan ibarət “sual paketi”ni “Çto? Qde? Koqda?” proqramənın tanınmış ukraynalı redaktoru Konstantin Naumenko hazırlayıb.
Elçin MURAD