İranın tanınmış din xadimi, azərbaycanlı alim Ayətulla Əsədullah Bayat Zəncani Ramazan ayı ilə bağlı ilginc fətva verib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətulla oruc tutan insanın su içə bilməsini iddia edib.
Rəsmi internet səhifəsində dindarla müraciət edən alim susuzluğu yatıracaq qədər su içməyin orucu pozmadığını deyib.
"Oruc tutub lakin susuzluğa dözə bilməyənlər, susuzluğu aradan qaldırana qədər su içə bilərlər. Belə bir vəziyyətdə oruc pozulmaz və qəza orucu tutmağa da ehtiyac yoxdur”-deyə Ayətullanın verdiyi fətva dindarların narazılığına səbəb olub.
Modern.az