Modern.az

III qrupun imtahan cavabları açıqlandı

III qrupun imtahan cavabları açıqlandı

Təhsil

15 İyul 2013, 09:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III qrup üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr üzrə və variantlar üzrə düzgün cavablarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cavablar komissiyanın rəsmi saytında yerləşdirilib.  //tqdk.gov.az/et2013/a3_13z.htm, //tqdk.gov.az/et2013/r3_13z.htm

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

İmtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. İmtahanda iştirak etmək üçün III qrup üzrə  28939  abituriyent ərizə təqdim edib. 

Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306  nəfərini isə qızlar təşkil edir.  

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi