Modern.az

DYP rəsmisi: “O pulların hara getdiyini bilmirəm, sənə qurban”

DYP rəsmisi: “O pulların hara getdiyini bilmirəm, sənə qurban”

15 İyul 2013, 13:51

“O pulların hara getdiyini bilmirəm, sənə qurban. Mən yol polisi əməkdaşıyam. Bilmirəm kim nə alır, nə verir”. Bu fikirləri Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov səsləndirib. Şöbə müdiri “qeyri-qanuni maşın parklama yerlərindən yığılan vəsait kimin cibinə gedir” sualına belə cavab verib:

“Hər halda qeyri-qanuni parklama məkanları var və onlara nəzarət olmalıdır. Siz də jurnalist olaraq bu məsələni araşdırın. Həmin parklama yerlərinin Dövlət Yol Polisinə aidiyyatı yoxdur. Biz dayanmanı, durmanı qadağan edən nişanların təsir zonasında maşın saxlayan sürücüləri cərimələyirik. Bu, birbaşa işimizdir, yəni qanunsuz parklama yerlərinin yaranmasının qarşısını almaqdır. Bu barədə protokol tərtib edirik. Ya maşınlar evakuasiya edilir, ya fotomaterialı hazırlanır, ya da sürücü yanındadırsa, protokol tərib edirik”.

  İntiqam Valehoğlu    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım