Modern.az

Bakıda özünü güllələyən polis barədə rəsmi məlumat yayıldı

Bakıda özünü güllələyən polis barədə rəsmi məlumat yayıldı

15 İyul 2013, 14:20

Daxili İşlər Nazirliyi polis əməkdaşının özünü güllələməsi olayı ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlik bildirib ki, iyulun 13-də  Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım