Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

15 İyul 2013, 15:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyulun 16-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Lakin axşam və və gecə bəzi qərb rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz
İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım