Modern.az

Siyavuş Novruzov Cəmil Həsənliyə qarşı: “O nə konsepsiya hazırlaya bilər ki?!”

Siyavuş Novruzov Cəmil Həsənliyə qarşı: “O nə konsepsiya hazırlaya bilər ki?!”

15 İyul 2013, 16:04

“Milli Şura qeyri-qanuni bir qurumdur və ölü doğulmuş bir uşaqdır. Onun komissiyası nədir ki, hazırladığı konsepsiya da nə olsun?!”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Milli Şuranın Qarabağ Komissiyasının sədri Cəmil Həsənlinin dediklərini şərh edərkən YAP funksioneri bildirib ki, konsepsiyanı o adamlar hazırlaya bilər ki, həmin insanlar Dağlıq Qarabağ problemini araşdırsınlar, onun təhlilini aparsınlar.

"Milli Şurada isə elə bir potensiallı adam görmürəm ki, elə bir konsepsiya hazırlasın”. S. Novruzov qeyd edib ki, ümumiyyətlə Milli Şura lazımsız bir qurumdur və yaxın vaxtlarda dağılacaq.

Xatırladaq ki, Milli Şuranın Qarabağ Komissiyasının sədri Cəmil Həsənli Modern.az-a açıqlamasında Qarabağ münaqişəsi ilə bağlı konsepsiya hazırlayacağını  dilə gətirib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım