Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən son Azərbaycan çempionun bu mərhələdəki şanslarını Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Modern.az şərh edib. Hesab edirəm ki, Albaniya çempionu “Skenderbeu” “Neftçi”nin dişinə görə rəqibdir. İnanıram ki, bu mərhələni adlayan tərəf “Neftçi” komandası olacaq.
Ş. Diniyevin sözlərinə görə, ilk oyunda əsas şərt qapıdan top buraxmamaq və eyni zamanda qol vurmaq olacaq. “Hesab edirəm ki, bu oyunda “Nefçi”nin qələbə qazanmaq şansı böyükdür. Ən azı ona görə ki flaqman ilk oyunu öz meydanında keçirəcək”.
Məlumat üçün bildirək ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Neftçi” – “Skenderbeu” görtüşü iyulun 17-də saat 21:00-da “Bakcell arena”da keçiriləcək.