Modern.az

ATƏT sədri erməni jurnalistləri pərt elədi

ATƏT sədri erməni jurnalistləri pərt elədi

15 İyul 2013, 21:14

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojora Ermənistana səfər edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanda rəsmi görüşlər keçirən ATƏT sədri məktbuat konfranında jurnalistlərin suallarını cavablandırıb.

Erməni jurnalistlər ATƏT sədrinə Azərbaycanla bağlı müxtəlif suallar ünvanlayıblar. Azərbaycanda müxalifət qəzetlərinin təzyiqlərə məruz qaldığını bildirən jurnalistlərin suallarını Kojora cavablandırmaqdan imtina edib.

“Azərbaycanda müxalifyönlü jurnalistlərə qarşı təzyiqlər edilir. ATƏT bununla bağlı hansı addımlar atacaq”-deyə erməni jurnalistlərin israrla verdiyi suallardan Kojora yayınıb.

ATƏT sədri daha sonra Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışıb.

“Bu yaxınlarda biz Bakıda səfərdə olduq. Orada görüşlərimiz uğurlu alındı. Xüsusən də Azərbaycanda keçiriləcək prezident seçkilərində ATƏT-in mühaşidəçilərinin iştirak etməsi bizi məmnun etdi. Bakı səfərində ATƏT-in Bakı Ofisi ilə bağlı məsələni də müzakirə etdik. İnanıram ki, ATƏT Azərbaycanda keçiriləcək seçkilərdə çox aktiv şəkildə iştirak edəcək”-deyə Kojora erməni jurnalistlərə cavabında bildirib.

A.RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım