Modern.az

Ziya Məmmədovun oğlu radio açması xəbərini təkzib etdi

Ziya Məmmədovun oğlu radio açması xəbərini təkzib etdi

Təhsil

16 İyul 2013, 10:25
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holding”in rəhbəri Anar Məmmədovun  radio açması ilə bağlı ötən gün yayılan xəbərlər təkzib edildi.

Bu barədə Modern.az saytına məlumat verən “Garant-Holding”in hüquqşünası Ruslan Məmmədov Anar Məmmədovun bu işə aidiyyatı olmadığını bildirib. Onun sözlərinə görə, yeni açılacaq radionun nə rəhbərliyinin, nə də təsisçilərinin Anar Məmmədovla bağlılığı var.
“Bunun bizə heç bir aidiyyatı yoxdur. Məlumatlar tamamilə yalnışdır”-deyə R.Məmmədov məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, Anar Məmmədovun radio açması ilə bağlı məlumatda bildirilib ki, “107.7 FM” adlanacaq radio sentyabrda fəaliyyətə başlayacaq.


Anar RÜSTƏMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım