Milli Şurada təmsil olunan müxalifət liderləri İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov müxalifətçi gənclərlə görüş keçirəcək. Bu barədə Modern.az-a NİDA vətəndaş hərəkatından məlumat verilib.
Bildirilib ki, iyulun 20-da Milli Şuranın məqsəd və vəzifələri mövzusunda müzakirə təşkil ediləcək. Müzakirələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, "EL" Hərəkatının sədri Eldar Namazov, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı gənclərin Milli Şura ilə bağlı suallarını cavablandıracaqlar.
A.RÜSTƏMOV