Modern.az

Azərbaycanda 42 dərəcə isti olacaq

Azərbaycanda 42 dərəcə isti olacaq

Təhsil

16 İyul 2013, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq.

Abşeron çimərliklərində temperatur 26-29 dərəcə olacaq.

Azərbaycanın rayonlarında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərəd 42 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcəyədək isti olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım