Modern.az

TQDK abituriyenləri narahat edən suallara CAVAB verdi

TQDK abituriyenləri narahat edən suallara CAVAB verdi

Təhsil

16 İyul 2013, 12:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları ilə bağlı abituriyentlərin komissiyaya ünvanladığı sualları cavablandırıb. Modern.az-ın məlumatına görə, abituriyentlərin TQDK-ya ünvanladıqları əsas suallar aşağıdakılardır:

1. Cavab nəvaxt çıxacaq?

- III qrup üzrə imtahan nəticələrinin iyulun 16-da yaxud 17-də elan olunması nəzərdə tutulur. Bu, cavab kartlarının və imtahan protokollarının emalının tamamlanmasından asılıdır.

2. Müsabiqədə iştirak üçün neçə bal tələb olunur? Müsabiqəyə buraxılma balları aşağı salınacaqmı?

-Hazırki müsabiqə şərtlərinə əsasən ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Bu müsabiqə şərtlərində hər hansı dəyişiklik imtahanın nəticələrindən asılı ola bilər Ona görə də cavabların elan olunmasını gözləməlisiniz.

3. Kolleclərə (texnikumlara) qəbul necə aparılacaq?

- Ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşdıqda kolleclərə ixtisas seçimi aparılacaqdır. Abituriyentlər ali məktəbə keçirilmiş imtahanda topladıqları ballarla müsabiqədə iştirak edəcəklər. Bununla bağlı həmin ərəfədə - yəni avqustun ortalarında elan, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar "Abituriyent" jurnalında elan olunacaqdır.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım