Modern.az

Sabah 28 min müəllim imtahan verəcək

Sabah 28 min müəllim imtahan verəcək

19 İyun 2023, 14:28

Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

 

Bildirilib ki, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri ibtidai sinif müəllimləridir. Sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

 

R.Əzizovun sözlərinə görə, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Belə ki, onlara göndərilən dəvətlər ləğv olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək