Modern.az

İtmiş sürücülük vəsiqəsini necə “diriltmək” olar?

İtmiş sürücülük vəsiqəsini necə “diriltmək” olar?

16 İyul 2013, 13:22

“Sürücülük vəsiqəsini itirən şəxs yeni sürücülük vəsiqəsi alması üçün daimi və müvəqqəti pasport qeydiyyatında olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan şöbəsinə ərizə ilə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir”.
Bu fikirləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev səsləndirib.

Şöbə rəisi bildirib ki, sürücülük vəsiqəsi itən şəxs “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin 5-ci hissəsinin 2.4-cü bəndlərində nəzərdə tutulan hallarda tibbi arayış təqdim etməlidir. Yəni həmin şəxsi yaşı altmışı keçibsə, tibbi arayış zəruridir: “Bundan başqa şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsinin verilməsinə dair digər sənəd olan imtahan vərəqəsi, mərkəzi informasiya sistemindən sürücülük hüququnun məhdudlaşdırılmamasıyla bağlı arayış təqdim olunmalıdır. Bundan sonra Dövlət Rüsumu Haqqında qanuna müvafiq olaraq sürücülük vəsiqəsinə görə 18 manat ödəməlidir. Sürücülük vəsiqəsinin itirilməsinə görə isə cərimə ləğv olunub”.  

İntiqam Valehoğlu
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza