Modern.az

SABAH qruplarının imtahan nəticələri AÇIQLANDI

SABAH qruplarının imtahan nəticələri AÇIQLANDI

Təhsil

19 İyun 2023, 16:58

Dövlət İmtahan Mərkəzi (DİM) SABAH qruplarına qəbul olmaq üçün iyunun 18-də keçirilmiş imtahanın nəticələrini elan edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

 

İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirakı nəzərdə tutulan 2978 tələbədən 681 nəfəri imtahana gəlməyib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək