Modern.az

“Qərargahımı Milli Şuraya verirlər? Xəbərim yoxdur”

 “Qərargahımı Milli Şuraya verirlər? Xəbərim yoxdur”

Təhsil

16 İyul 2013, 14:29

Milli Məclisin sabiq sədri Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahının Milli Şuraya verilməsindən danışın. Eks-spiker Modern.az-a açıqlamasında Bakıdakı qərargahının Rüstəm İbrahimbəyovun ixtiyarına verilməsindən xəbərsiz olduğunu deyib.

R.Quliyev bildirib ki, Milli Şuranın seçki qərargahı ilə bağlı onunla hər hansı məsləhətləşmə aparılmayıb.

Eks-spiker daha sonra Milli Şuraya üzv tutaraq müxalifət liderlərinə Tunis inqilabından nümunə götürməyi tövsiyyə edib:

“ACP-nin qərargahı barədə dəqiq məlumatım yoxdur, çünki onu əhəmiyyətli bir məsələ hesab etmirəm. İş əgər görüləcəksə qərargahın harada və necə ofisdə olmasının heç bir fərqi yoxdur. Dünyanın cazibə qanunu və ya nisbilik nəzəriyyəsi primitiv labaratoriyalarda, primitiv cihazlarla kəşf edilib. İndi ən müasir avadanlıqlarla və binalarla təmin olunmuş labaratoriyalarda kiçik bir uğurda qazana bilmirlər. Tunis inqilabında yığışıb iclas keçirmək üçün kiçik bir otaqda yox idi, ancaq 15 gündən sonra artıq müxalifət parlamentin binasında iclas keçirirdilər”-deyə R.Quliyev Milli Şuraya mesaj göndərib.

Qeyd edək ki, Milli Şuranın seçki qərargahının ACP-nin qərargahında fəaliyyət göstərəciyi haqda xəbərlər yayılıb. ACP sədri Sülhəddin Əkbər də Modern.az-a açıqlasında lazım gələrsə qərargahlarını Rüstəm İbrahimbəyovun ixtiyarına verə biləcəklərini açıqlamışdı.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım