Rusiyanın Soçi şəhərində asimmetrik kondisionerlərə və balkonlardan asılan paltara görə cərimələr tətbiq olunub. Modern.az-ın xəbərinə görə, bu barədə “SoçiBloqu” xəbər portalının baş redaktoru Aleksandr Valov məlumat verib.
"Bu məlumatlar tamamilə rəsmidir, Soçi administrasiyanın saytında verilib. Cərimələr binalarda simmetrik quraşdırılmayan kondisionerlərə və binalarda pəncərələrin qarşısında asılan yuyulmuş paltarlara görə tətbiq edilir. 50 rubldan 1500 rubla qədər. Əhali şoka düşüb” – deyə Valov bildirib ki, Soçi administrasiyanın özünün binasında heç kondisionerlər simmetrik quraşdırılmayıb.