Modern.az

Təhsil krediti verilən tələblərin SAYI 

Təhsil krediti verilən tələblərin SAYI 

Təhsil

20 İyun 2023, 19:19

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan Modern.az-a bildirilib ki, bu günə qədər 7632 tələbə kredit almaq üçün müraciət edib.

 

Onlardan 172 nəfərin müraciəti natamam olub, 122 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 677 nəfərin müraciətinə imtina cavabı verilib, 144 nəfərin müraciəti isə banka yönləndirilib.

 

Yaz sessiyası üzrə 6517 nəfərə TTK verilib. Onların arasından 2273 nəfərin müraciəti sosial TTK, 4244 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək