Modern.az

Nazirlik Şıxlınski və Mehmandarovun məzarının köçürülməsini boynundan atdı

Nazirlik Şıxlınski və Mehmandarovun məzarının köçürülməsini boynundan atdı

17 İyul 2013, 10:12

“Mədəniyyət və Turizm Nazirliyi məzarların köçürülməsi ilə məşğul olan təşkilat deyil”. Bunu Modern.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun məzarlarının köçürülməsi ilə bağlı Milli Məclisdə səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Bu qərarı ilk növbədə, dövlət başçısı verməlidir. Parlamentdə bir neçə dəfə tərəfindən səslənən bu fikirlərin ictimaiyyətdə geniş müzakirəsini görməmişəm. Qəzet səhifələrində də bu məsələ ilə bağlı səslənən fikirlərə rast gəlməmişəm. Sadəcə olaraq, fikir kimi səslənib. Mədəniyyət və Turizm Nazirliyi bu cür məsələlərə qərar verən təşkilat deyil. O belə işlərin icrası ilə  məşğul olmur”, – deyə Zöhrə Əliyeva əlavə edib.

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım