Modern.az

Gün ərzində 1-2 saat dərs oxuyurdum - 400 bal toplayan abituriyent

Gün ərzində 1-2 saat dərs oxuyurdum - 400 bal toplayan abituriyent

Təhsil

21 İyun 2023, 11:47

"Qəbul imtahanında əldə etdiyim yüksək nəticəyə görə ailəmin sevinməsi məni xoşbəxt edir".

 

Bunu Modern.az-a açıqlamasında birinci ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə göstərən (400 bal) abituriyent Saud Hüseyn deyib. O,ümumilikdə buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən 686.3 bal toplayıb.

 

“Sevinc təəssüratlarımı ailəmlə bölüşdüm. Onlar sevindilər. Ailəmin arzusunu yerinə yetirdim. Bu, məni daha da sevindirdi. Onlar mənə ümidli idilər. Ümidlərini doğrultdum. Müəllimlərim də, yaxınlarım da, 147 saylı Texniki-humanitar liseyin müəllimləri, direktoru hamısı mənə ümid bəsləyirdi. Hər kəsin ümidini doğrultduğum üçün özümü xoşbəxt hiss edirəm”, - Saud bildirib.

 

O, qəbul imtahanında elə də çox çalışmadığını vurğulayıb: “İmtahana çox çalışmırdım. 1-2 saat dərs oxuyurdum. Tapşırıq çox olanda isə maksimum 4 saat məşğul olurdum. İstəyirdim ki, başqa şeylərə də vaxt sərf edim. Yəni effektiv çalışmaq lazım idi”.

 

Gələcək planlarına gəlincə, Saud Hüseyn qeyd edib: “Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Oranı bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək fikrim var. Təhsilimi tam başa vurduqdan sonra qayıdıb ölkəmdə vətənə xidmət etməyi düşünürəm”.

 

 

Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.

 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək