Modern.az

Deputatlar yeni musiqi layihəsi ərsəyə gətirdilər

Deputatlar yeni musiqi layihəsi ərsəyə gətirdilər

17 İyul 2013, 12:05


Əməkdar artist Lalə Məmmədova musiqisi millət vəkili, bəstəkar Novruz Aslana, sözləri millət vəkili Eldar Quliyevə məxsus olan “Azərbaycan-Türkiyə” adlı mahnısının klip çəklişinə start verib.

“Qafqazinfo”ya açıqlamasında xanım Məmmədova yeni çekdirdiyi klipi haqqında deyib: “Uşaqlıqdan tarix fənnini çox sevdiyim üçün bu mahnını oxumaq mənə təklif olunanda çox sevindim. Çünki mahnını dərk edərək oxumaq insana başqa bir zövq verir. Azərbaycanla Türkiyə arasındakı dil, din oxşarlığı, dostluq əlaqələri möhkəm olub, 2 qardaş həmişə çiyin-çiyinə düşmənə sipər olublar. Bizim millət vəkilləri Novruz Aslan, Eldar Quliyev bu mövzuya çox həssasliqla yanaşıblar. Çox uğurlu mahnı alınıb. İnanıram ki, Fuad Əlişov mahnının ekran versiyasını gözəl yaradacaq”.

Onu da deyək ki, klipin rejissoru klipmeyker Fuad Əlişov, operatoru isə Nadir Mehdiyevdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım