Modern.az

TQDK: “III ixtisas qrupu üzrə 495 nəfər 600-dən yuxarı bal toplayıb”

TQDK: “III ixtisas qrupu üzrə 495 nəfər 600-dən yuxarı bal toplayıb”

17 İyul 2013, 12:40


“III ixtisas qrupu üzrə 495 nəfər 600-dən yuxarı bal toplayıb”. Bu sözləri Modern.az-a Elnur Nağızadə deyib. O qeyd edib ki, bu qrupda 1879 nəfər 500-dən yuxarı, 4492 nəfər 400-dən yuxarı, 8063 nəfər 300-dən yuxarı bal toplayıb. 250-300 bal arası 2099 abituriyent toplayıb.  

“Ümumiyyətlə bu qrup üzrə 10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb”. III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944  abituriyentdən  1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Qeyd edək ki, ən yüksək nəticə-700 bal toplayan 4 nəfərdir. Bunlar İsmayılov Məhəmməd Şahin oğlu, Qafarova Flora Eldar qızı, Murğuzova Nərmin Sahib qızı, Məmmədli Nərmin Rövşən qızıdır.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944  abituriyentdən  1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım