Modern.az

Türkiyədə ermənilərlə birgə fahişəlik edən azərbaycanlı qadınlar tutuldu - FOTO

Türkiyədə ermənilərlə birgə fahişəlik edən azərbaycanlı qadınlar tutuldu - FOTO

17 İyul 2013, 15:34


Türkiyənin İğdır vilayətində əcnəbi vətəndaşlara qarşı xüsusi əməliyyat keçirilib. Modern.az-ın məlumatına görə, İğdır polisinin qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin açıqlamasına əsasən, əməliyyat nəticəsinə fahişəlik edən 62 qadın saxlanılıb. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var. Məlum olub ki, bu qadınlar uzun müddətdir ki, İğdırda fahişəliklə məşğul olublar.

Şərti adı İ.Y kimi göstərilən bir azərbaycanlı qadın isə qucağındakı uşaqla birlikdə məhkəməyə aparılıb.

Saxlanılan digər qadınlar isə İran, Gürcüstan, Qırğızıstan və Ermənistan vətəndaşlarıdır. Onların yaxın günlərdə ölkələrinə deportasiya ediləcəyi bildirilir.  


A. RÜSTƏMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım