Modern.az

Jurnalistlər Bakıda etiraz aksiyası keçirəcək

Jurnalistlər Bakıda etiraz aksiyası keçirəcək

18 İyul 2013, 13:16


“Qasid” yayım firmasının “Azadlıq” qəzetinin satılmış nüsxələrinə görə yaranmış 45 min manata yaxın borcu ödəməməsi üzündən ağır vəziyyətə düşən qəzetin kollektivi etiraz üsullarına əl atmaq məcburiyyətində qalıb. “Azadlıq”ın kollektivi iyulun 19-da “Qasid”in ofisi qarşısında etiraz aksiyası keçirəcək.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, “Qasid” rəhbərliyi başqa çıxış yolu qoymadığından bu üsula əl atılır: “Bir ildən artıqdır ki, ”Qasid" firmasının rəhbərliyi müxtəlif bəhanələrlə “Azadlıq” qəzetinin satılmış nüsxələrinin pulunu ödəmir. Ən böyük mətbuat yayımı şəbəkəsi olan “Qasid”in rəhbərliyi faktiki olaraq, firmanın problemlərini “Azadlıq”ın hesabına həll etmək yolunu tutub".
Rahim Hacıyev onu da qeyd edib ki, son ay yarım ərzində firma qəzetə 9 min manat əvəzinə cəmi 2 min manat pul verib: “Ödəmə tendensiyasının kəskin şəkildə aşağı düşməsi düşünməyə əsas verir ki, təsirli tədbirlər görülməyəcəyi halda, firma ümumiyyətlə, ödəmədən imtina edəcək. Qəzetin susdurulması məqsədilə ”Qasid" firmasından istifadə edilməsi aşkar faktdır".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım