
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. O da məlum olub ki, Səriyyə İsgəndərova Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edib.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aygün Əlizadənin və Səadət Əlizadənin gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.
Modern.az