Modern.az

Cəbhə xəttindəki rayonda rekord həcmdə taxıl istehsal olunub

Cəbhə xəttindəki rayonda rekord həcmdə taxıl istehsal olunub

18 İyul 2013, 15:46


Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ərzaq təhlükəsizliyi və “Regionların sosial-iqtisadi inkişafı haqqında” dövlət proqramları ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlar hesab olunur. Ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.

 Azərbaycanın hər bölgəsində olduğu kimi Füzuli rayonunda da son illər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalında ciddi uğurlar əldə olunur. Kənd təsərrüfatı rayonu olan Füzulidə iqtisadiyyatın əsasını taxılçılıq və heyvandarlıq təşkil edir.  
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həyata keçirilən aqrar islahat nəticəsində rayonun işğaldan azad olunmuş kəndlərində ədalətli bölgü prinsipi əsasında hər bir ailə pay torpaqları ilə təmin olunub. Torpaq islahatı insanların torpağa bağlılığını daha da artırmış, onların öz torpaqlarından daha səmərəli istifadə etmələrinə stimul yaradıb. Bütün bunlar rayon sakinlərinin ilk növbədə maddi rifahlarını xeyli yaxşılaşdırıb.            
”Böyük taxılçılıq ənənələri olan rayonda məhsul istehsalı ilbəil artırılır, məhsuldarlıq yüksəldilir. Taxılçılıqdakı  uğurlarımız  bu ildə ürəkaçandır.  Rayonda  mühüm  ərzaq  məhsulu  olan  taxılçılığın  inkişafı xüsusilə son illər  diqqət  mərkəzindədir”. 

Rayonda  taxıl  biçini  ilə  əlaqədar  fəaliyyət  göstərən  qərargahın  sədr  müavini,  İcra  Hakimiyyəti  başçısının  aqrar  məsələr  üzrə  üzrə  müavini  Hüseyn  Abbasov  isə deyir ki, builki  nəticələr də  sevindiricidir:  
“39,7  min  hektar  sahədən məhsul  nəzərdə  tutulmuş  müddətdə  biçilib, 111 min  ton  taxıl  əldə  edilib ki, bu da rayonun  tarixində  rekord  göstəricilərdən sayılır. Rayonun  tarixində ilk dəfə olaraq keçən il 101 min ton, bu il isə 111 min ton taxıl istehsal olunub. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olub. Rayonda gələn  il üçün məhsul istehsalının qayğısına  indidən  qalınır. Prezident cənab İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsinə dair göstərişindən sonra rayonda 300 hektar sahədə  məhsuldar toxumluq təsərrüfatı yaradılıb və bu il həmin sahələrdən 53-55 sentner taxıl götürülüb. Yaxın gələcəkdə taxılçılıq rayonda yetişdirilən elit növ toxum hesabına inkişaf etdiriləcək”.
İcra başçısının müavini deyir ki, həmişə  olduğu  kimi, füzulilərin  çörəklə  bağlı  problemləri  olmayacaq.

Modern.az  
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım